E-KİTABLAR


Təkmilətül-əxbar: Səfəvi dövrü - Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi

Müəllif Şirazi Xacə Zeynalabidin Əli Əbdi bəy
Nəşr olunduğu il 1996
Elm sahəsi Tarix
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Şirazi Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar: Səfəvi dövrü - Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi. Bakı, Elm, 1996.

Əsər 1570-ci ildə Ərdəbil şəhərində yazılmışdır. Ümumi tarix olan bu əsərdə hadisələr dünyanın yaranışından, yəni Adəmdən 1570-ci ilə qədər təsvir olunmuşdur. Azərbaycan dilinə ancaq Şah İsmayıl və ġah Təhmasib dövrləri (1500-1570-ci illər) tərcümə edilmişdir. Tərcümə zamanı XVI əsrdə yazılmış başqa tarixi əsərlərlə müqayisə edilmiş və kitabın sonunda şərhlər verilmişdir. Əbdi bəy bu tarixi əsərini ġah Təhmasibin qızı Pərixan xanıma (1548-1578) ithaf etmişdir. Əsər Azərbaycan dilinə Tehranda Məclisi-ġurayi-Milli kitabxanası və Respublika Əlyazmaları İnstitutunda saxlanılan iki nüsxə əsasında tərcümə olunmuşdur. Kitaba geniş müqəddimə yazılmışdır. Əsər ilk dəfə tərcümə və çap edilir.