E-KİTABLAR


POETİKA.İZM №1 : NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN ƏSƏRLƏRİ

Müəllif
Nəşr olunduğu il 2024
Elm sahəsi Elm və təhsil
Nəşriyyat
Nəşr yeri Bakı

. POETİKA.İZM №1 : NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN ƏSƏRLƏRİ. Bakı, , 2024.

“Poetika.izm” jurnalı ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsədinin və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmalara üstünlük verir, bu prosesi ardıcıl və davamlı şəkildə aparmaq məqsədi daşıyır. Jurnal müəlliflər qarşısında müasir dünya standartlarına uyğun tələblərlə çıxış edir, çap olunacaq məqalə və tədqiqlərin elmi-nəzəri əhəmiyyətinə, yeniliyinə, aktuallığına xüsusi diqqət yetirir. Jurnalda elmi diskussiyaya, sağlam polemikaya, dialoqa xüsusi diqqət yetirilir, çap olunan məqalələr ədəbiyyat nəzəriyyəsi elminin dərindən, sistemli şəkildə, yüksək nəzəri səviyyədə inkişaf etdirilməsinə təkan verir, müstəqillik dövrü yeni tipli, akademik səviyyədə Azərbaycan ədəbiyyat nəzəriyyəsinin formalaşması prosesində yaxından iştirak edir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dövri nəşri kimi “Poetika.İzm” jurnalı İnstitutun, eyni zamanda digər elmi tədqiqat və ali təhsil müəssisələrinin kadr və mütəxəssis hazırlığı prosesində doktorant və dissertantların elmi tədqiqat əsərlərinin aprobosiyasına şərait yaradır.