Mətnlərin nəşrə hazırlanması problemləri
Müəllif | Musalı (Səmədova) Vüsalə Azər qızı |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Musalı (Səmədova) Vüsalə Azər qızı. Mətnlərin nəşrə hazırlanması problemləri. Bakı, Elm və təhsil, 2012.
Monoqrafiyada elmi, elmi-kütləvi, klassik ədəbiyyatın nəşrə hazırlanması və redaktəsi məsələlərindən bəhs olunmuşdur. Dövri nəşrlərin tipoloji əlamətləri və növləri şərh olunmuş, elmi jurnalların növlərindən, məqsəd və oxucu təyinatından asılı olaraq növ və janrlarından, elmi jurnalların nəşri tarixindən və mərhələlərindən bəhs edilmiş, nəşrə hazırlanma və redaktə xüsusiyyətləri, gizli rəyçilərə göndərilmə və s. problemləri işıqlandırılmış, Azərbaycanda nəşr olunan elmi jurnalların, Azərbaycanlı müəlliflərin elmi məqalələrinin Thomson reyestrində öz əksini tapması, ölkəmizdəki elmi jurnalların bu agentliyin impact factorunu alması məsələləri və qarşıda duran vəzifələr araşdırılmışdır.