Deyilməmiş sözüm qalıb (metodik vəsait)
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Deyilməmiş sözüm qalıb (metodik vəsait). Bakı, , 2011.
Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının daha da zənginləşdirmişdir. Onun xalqımızın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər
göstərmişdir. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunmuşdur. 1950-ci ildə isə “Səhər açılır” kitabı işıq üzü görmüşdür. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Qabilin ədəbi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.