Şollar-Bakı su kəmərinin tarixindən
Müəllif | FƏRHAD CABBAROV, MƏMMƏD MƏMMƏDOV |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
FƏRHAD CABBAROV, MƏMMƏD MƏMMƏDOV. Şollar-Bakı su kəmərinin tarixindən. Bakı, Elm və təhsil, 2016.
Şollar-Bakı su kəmərinin tarixi gərgin və ziddiyyətli məqamlarla, ideyalar mübarizəsi ilə, layihənin gərəkliyi və ya gərəksizliyi ətrafında mübahisələrlə zəngindir. Belə ki, bu kəmərin layihəsi müzakirə olunarkən suyun digər mənbələrdən çəkilməsi mümkünlüyü, Şolların Bakı şəhərinə kifayət qədər su verə bilməyəcəyi haqqında fikirlər səslənirdi, kəskin diskussiyalar aparılırdı. Lakin bu mübahisələrə və alternativ layihələrə opponentləri Şolların şəhərin ehtiyaclarını ödəyə biləcək yeganə içməli su mənbəyi olmasına inandıra bilmiş təcrübəli mühəndislərin, ictimai xadimlərin səyləri nəticəsində son qoyuldu. Bütün bu məsələlər oxucuların diqqətinə təqdim olunan "Şollar- Bakı su kəmərinin tarixindən" kitabında öz əksini tapmışdır