Elmin qızıl fondu. Kataloq
Müəllif | Zərifə Dulayeva, Lüdmila Şalamova. Salminaz Zeynalova, Rana Səfərova |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Zərifə Dulayeva, Lüdmila Şalamova. Salminaz Zeynalova, Rana Səfərova. Elmin qızıl fondu. Kataloq. Bakı, Elm, 2004.
"Elmin qızıl fondu" Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərin muzeyimizdə qorunan kolleksiyalarını (sənədləri, fotoşəkilləri, şəxsi əşyaları, mükafatları və s.) əhatə edən kataloq belə adlanır. Uzun illər ərzində toplanan bu qiymətli kolleksiyaya daxil olan materiallar öz xarakter və həcmlərinə görə fərqlənsələr də onların hər birinin özünəməxsus yeri, çəkisi var, çünki kolleksiyadakı hətta kiçik bir sənədin arxasında öz parlaq istedadı ilə Azərbaycan elmini zənginləşdirən şəxsiyyət durur. Həmin şəxsiyyətlərdən çoxunun adı 1945-ci ilin yazında həyata vəsiqə almış Azərbaycan Elmlər Akademiyasının yaranışı ilə birbaşa bağlıdır.