Maşın hissələri. Dərs vəsaiti
Müəllif | İskəndərova, A.C. |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | ADAU |
Nəşr yeri | Gəncə |
İskəndərova, A.C.. Maşın hissələri. Dərs vəsaiti. Gəncə, ADAU, 2021.
Kitabda xalq təsərrüfatının maşınqayırıma sahəsində istehsal, emal, enerji və məlumatın çevrilməsi ilə əlaqədar faydalı işi yerinə yetirmək üçün hazırlanan avadanlıq və maşınların mexanizmlərinin ötürmələri və birləşmələrinin öyrənilməsi əsas yer tutur. Burada maşınların mexanizmlərinin kinematiki və mexaniki ötürmələri geniş izah olunur. Hərəkəti ötürmək üçün dişli çarx ötürmələri, sonsuz vint ötürmələri, planetar, zəncir və qayış öptürmələrinin sxemi, istifadə sahələri, üstünləkləri və çatışmamazlıqları qeyd olunmaqla geniş hesabatı verilmişdir. Bunlarla yanaşı yivli birləşmələrin növləri və hesabatı da öz əksini tapmışdır. Dərs vəsaitindən mühəndislik istiqamətində təhsil alan tələbələr, magistrlər, doktorantlar, dissertantlar, eləcə də bu sahədə çalışan mühəndis-konstruktorlar və elmi işçilər istifadə edə bilərlər.