Kitabxana-informasiya terminlərinin qısa lüğəti
Müəllif | Lətifə Məmmədova, Mayıl Əhmədov, Samir Abbasov |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi |
Nəşr yeri | Bakı |
Lətifə Məmmədova, Mayıl Əhmədov, Samir Abbasov. Kitabxana-informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010.
Kitabxana-informasiya sahəsinə dair ənənəvi terminlərlə yanaşı son zamanlar yeni terminlər də yaranmışdır. Kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, kitabxanalarda informasiya texnologiyalarının tətbiqi bu sahədə yeni terminlərin yaranmasına səbəb olmuşdur. Bu lüğət kitabxanaçılara sahəyə aid yeni sözlər haqqında bilgilərini zənginləşdirməyə və yeni texnologiyaların kitabxana-informasiya sahəsində tətbiqi üçün geniş imkanlar yaradacaqdır. Vəsait tabeliyindən asılı olmayaraq respublikanın bütün kitabxana mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.