E-KİTABLAR


İdarəetmə psixologiyası: dərs vəsaiti

Müəllif Haqverdiyev Bayram Yusif oğlu
Nəşr olunduğu il 2008
Elm sahəsi Sosial elmlər
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Haqverdiyev Bayram Yusif oğlu. İdarəetmə psixologiyası: dərs vəsaiti. Bakı, Elm, 2008.

Kitabda İdarəetmə fəaliyyətinin sosial-psixoloji qanunauyğunluqları ilə bağlı mövzular yerləşdirilmişdir. Bu mövzularda idarəetmənin nəzəripsixoloji problemləri, idarəetmədə insan amilinin yaradıcı, tənzimləyici və sistemləşdirici funksiyalan, təşkilatın idarə olunmasının sosial-psixoloji problemləri şərh olunmuşdur. Vəsaitdə idarəetmə problemlərinin kompleksli həllində “İdarəetmə psixologiyası”nın rolu və müasir elmlərlə onun qarşılıqlı əlaqəsi, idarəetməyə psixoloji yanaşmanın xüsusiyyətləri göstərilmişdir. “İdarəetmə psixologiyası” idarəetmə problemlərinə insan amilinin mənəvi-psixoloji prizmasından yanaşır, idarəetmə fəaliyyətinin rəhbərin yaradıcı fəallığından, şəxsi və peşə keyfiyyətlərindən, onun fərdi idarəetmə konsepsiyasından və fərdi idarəetmə üslubundan nə dərəcədə asılı olduğunu öyrənir.