KARGÜZARLIĞIN TƏŞKİLİ
Müəllif | EYNULLA MUSAYEV |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Sosial elmlər |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
EYNULLA MUSAYEV. KARGÜZARLIĞIN TƏŞKİLİ. Bakı, Qanun, 2003.
Kargüzarlıq prosesinin hüquqi reqlamentləşməsi sənədlərin tərtibi və rəsmiləşdirilməsindən ibarətdir. Bunun üçün də idarəetmə sahəsində sənədlərin rəsmiləşdirilməsi, hazırlanması qaydası, sənədlərlə işlərnə, ümumilikdə kargüzarlıq prosesi hüquqi cəhətdən tənzimlənməlidir. Buna görə də idarələrdə, müəssisələrdə və təşkilatlarda kargüzarlığın aparılması qaydaları qanunlara, qərarlara, dövlət standartlarına, kargüzarlığa dair təlimatlara və digər normativ hüquqi aktlara cavab vennəlidir. Bütün idarə, müəssisə və təşkilatlar üçün ümumi bir akt qanunlar və vahid dövlət kargüzarlıq sisteminə aid olan təlimatlardır. Kargüzarlıq proseslərini düzgün təşkil etməkdən ötrü hər bir təşkilat özünün kargüzarlığının aparılmasına dair təlimatını hazırlayır. Bunlara "İdarələrdə kargüzarlığın aparılması qaydaları" haqqında təlimat, "Ədliyyə və məhkəmə orqanlarında kargüzarlığın aparılmasına dair" təlimat və digərləri daxildir.