E-KİTABLAR


Beynəlxalq iqtisadi təşkilatlar

Müəllif Cəlil Kərimov, Ayaz Orucov, Tahirə Kərimova
Nəşr olunduğu il 2008
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Nurlan
Nəşr yeri Bakı

Cəlil Kərimov, Ayaz Orucov, Tahirə Kərimova. Beynəlxalq iqtisadi təşkilatlar. Bakı, Nurlan, 2008.

Beynəlxalq miqyasda ictimai-iqtisadi əlaqələrin artması Beynəlxalq iqtisadi münasibətlərin inkişafını genişləndirmişdir. Dövlətlərarası, müəssisələrarası, birliklərarası münasibətlər çoxalmışdır. Bu hərtərəfli əlaqə, əməkdaşlıq və münasibətlərin artması onların tənzimlənməsi prosesinin olmasını tələb edir. Odur ki, müəyyən hüquq və normalar əsasında dövlətlərarası beynəlxalq institutlar, qurumlar yaradılır. Bu institutlardan biri də Beynəlxalq iqtisadi təşkilatlar hesab edilir. Beynəlxalq iqtisadi münasibətlər çoxtərəfli olduğu kimi Beynəlxalq iqtisadi təşkilatlar da çoxtərəflidir. Dövlətlərarası, ərazilər üzrə, ayrı-ayrı sahələr üzrə, əmtəə qrupları üzrə və s. Bu təşkilatların üzvləri bərabərhüquqlu dövlətlərdən ibarətdir. Onlar öz daimi fəaliyyət göstərən orqanları va- sitəsilə, xüsusi siyasi normalar əsasında dövlətlərin iqtisadi siyasətlərinin həyata keçirilməsinə köməklik edirlər. Təqdim olunan bu dərs vəsaiti "Beynəlxalq iqtisadi münasibətlər" dərs vəsaitinin davamı kimi onun tənzimlənməsinə həsr edilmişdir. Burada bütün Beynəlxalq iqtisadi təşkilatlar deyil, onların müəyyən qruplarının fəaliyyəti barədə açıqlama verilmişdir. Bu barədə azərbaycan dilində demək olar ki, elə bir dolğun material yoxdur. Odur ki, güman etmək olar ki, təqdim edilmiş dərs vəsaiti oxucular üçün çox faydalı olacaqdır.