Audit xidmətinin inkişafı: nəzəri əsasları
Müəllif | Yaşar Əzimağa oğlu Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Elm və Bilik |
Nəşr yeri | Bakı |
Yaşar Əzimağa oğlu Məmmədov. Audit xidmətinin inkişafı: nəzəri əsasları. Bakı, Elm və Bilik, 2019.
Monoqrafiyada audit konsepsiyasının formalaşması və inkişafı mərhələli şəkildə tədqiq olunur. Auditlə bağlı mövcud nəzərikonsepsiyalar araşdırılır və onlara olan baxışlara münasibət bildirilir, auditin nəzəriyyəsi və onun əsasları müasir dövr baxımından dəyərləndirilir. Tədqiqat işində ilk dəfə olaraq, audit yükü konsepsiyası
və onun əsasları müəyyən edilərək, irəli sürülür. Monoqrafiyada həmçinin, auditin səmərəliliyi konsepsiyası və onun əsasları tədqiq olunmaqla, bu sahənin iqtisadi səmərəliliyi və onun qiymətləndirmə metodikası müəyyən olunur. Tədqiqatda beynəlxalq təcrübədə audit xidmətinin təşkili və inkişaf xüsusiyyətləri sistemli şəkildə
qiymətləndirilir. Əsas diqqət postsovet auditinin inkişaf xüsusiyyətlərinə yönəldilir. Azərbaycanda audit xidmətinin inkişaf səviyyəsi və meyilləri təhlil olunur. Ölkədə makro, sahə və mikro səviyyələrdə audit yükü müəyyən edilməklə, bu xidmət sahəsinin səmərəliliyi qiymətləndirilir. Aparılan tədqiqatlar əsasında Azərbaycan Respublikasında audit xidmətinin əsas inkişaf istiqamətləri müəyyən olunur, bu sahənin inkişafı üçün vacib olan yüksək ixtisaslı və peşəkar auditor kadrlarının hazırlanma əsasları müəyyən olunaraq, irəli sürülür.