E-KİTABLAR


Üzüm: innovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası

Müəllif Vüqar Səlimov, Azər Şükürov, Hikmət Nəsibov, Mövlud Hüseynov
Nəşr olunduğu il 2018
Elm sahəsi Ekologiya
Nəşriyyat Müəllim
Nəşr yeri Bakı

Vüqar Səlimov, Azər Şükürov, Hikmət Nəsibov, Mövlud Hüseynov. Üzüm: innovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası. Bakı, Müəllim, 2018.

Kitab respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə geniş oxucu kütləsinin, o cümlədən üzümçü-fermerlərin, sahibkarların və fərdi üzüm bağ sahiblərinin marağı nəzərə alınmaqla müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Kitabda respublikanın təbii-iqtisadi bölgələrinin torpaq-iqlim şəraiti nəzərə alınaraq yetişdirilməsi tövsiyə edilən üzüm sortlarının və üzümlüklərin salınması üçün torpaq sahələrinin seçilməsi, əkinə hazırlıq zamanı həyata keçirilən tədbirlər, üzümün innovativ becərilmə texnologiyası (müxtəlif becərmə sistemləri, tənəyə formavermə, budama qaydaları, yaşıl əməliyyatlar, gübrələmə, suvarma, torpağın becərilməsi və s.), aqroekologiyası, üzümün əsas xəstəlik və zərərvericiləri, onlara qarşı tətbiq olunan müasir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklər və onların aradan qaldırılması yolları, üzümün inkişaf və boyatmasına, məhsuldarlığına və məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri və s. amillər haqqında məlumat verilir.