E-KİTABLAR


AZƏRBAYCANIN XARÍCÍ ÍQTİSADİ ƏLAQƏLƏRİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR

Müəllif
Nəşr olunduğu il 2015
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat AVROPA
Nəşr yeri Bakı

. AZƏRBAYCANIN XARÍCÍ ÍQTİSADİ ƏLAQƏLƏRİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR. Bakı, AVROPA, 2015.

Oxuculara təqdim edilən bu kitab bəlkə də ən azı bir il bundan əvvəl dərc oluna bilərdi. Amma müəllif kollektivinin rəhbəri, Azərbaycanın görkəmli iqtisadçı alimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Ağasəlim Ələs- gərovun elmi əsərlərə ciddi tələbkarlıqla və dəqiqliklə yanaşması onun nəşrini xeyli ləngitdi. Kitab nəşrə hazırlananda Ağasəlim müəllim artıq həyatda yox idi. Ağasəlim Kərim oğlu Ələsgərov Azərbaycan iqtisad elmi- nin görkəmli təmsilçilərindən biri olmaqla, bütün ömrünü iqti- sad elminin ən aktual məsələlərinə həsr edən, böyük həyat təcrübəsi, zəngin mənəviyyat və ən ülvi insani dəyərlərə malik olan bir alim idi. Onun iqtisad elminin ən aktual problemlərinin öyrənilməsi sahəsində maraq dairəsi çox geniş idi və 60 illik elmi fəaliyyəti ərzində o, aqrar sahənin iqtisadiyyatı, makroiqtisadi problem- lər, nəqliyyat-iqtisadi əlaqələrin səmərəliliyi, xarici-iqtisadi əlaqələr və s. istiqamətlərdə ciddi elmi araşdırmalar aparmış, bu sahələrin hər birində öz elmi məktəbini yaratmağa nail ol- muşdu. Azərbaycan Respublikasının müstəqillik əldə etməsi və bazar iqtisadiyyatı münasibətlərinə keçməsi ilə əlaqədar olaraq, onun elmi fəaliyyəti daha da genişlənmiş, müasir dövrdə çox aktual olan bir sıra elmi, nəzəri və praktiki əhəmiyyətli əsərlər yazıb çap etdirmişdi.