Parçalanan məmləkət və Böyük qayıdış
Müəllif | Surxay Subu(Surxay Rafiq oğlu Babayev) |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Surxay Subu(Surxay Rafiq oğlu Babayev). Parçalanan məmləkət və Böyük qayıdış. Bakı, Elm və təhsil, 2021.
Bir əlində qaranlığa işıq saçan od, digər əlində onun ahəstə yerişinə təkan verən sərv ağaclı əsasına dirəklənərək uca dağa doğru addımlayan kürən saçlı və saqqallı Elhaqq xeyirxah fikiri, xeyirxah sözü və xeyirxah əməli el-oba əhlinə təlqin etmək üçün vətəni qarış-qarış gəzməkdə idi. Vaxtilə, Zərdüşt təlimini və vətən torpağının tarixini təbliğ edən el adamları olan ulu babaları- Elxan, Eldəniz, Elturan və nəhayət ustadı Elməddin tərəfindən bu günə kimi davam etdirilən ənənəni, indi Elhaqq davam etdirirdi. Bu təlimin davamçıları həyatın əsasını od, su, hava və torpaqda görərək insanları doğruçuluğa dəvət edir, xeyirxah fikir, söz və əməl sahibi olmağa çağırırdı