Nadanlığın dünyası
Müəllif | Surxay Subu (Surxay Rafiq oğlu Babayev) |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Surxay Subu (Surxay Rafiq oğlu Babayev). Nadanlığın dünyası. Bakı, Elm və təhsil, 2018.
Sübhdən, dağın yüksəkliyindən boylanan günəş şüaları gözlərimizi qamaşdıraraq, biz - uşaqları sanki, “bəsdir yatdığınız” demək istəyirmiş kimi gülümsəyərək,bizi salamlayan günəşə baxmağa vadar edirdi. Başımızı yorğandan çıxarıb, yuvasından boylanan körpə quşlar kimi, günəşə boylanmaq istəyəndə, ilıq və xəfif meh yanaqlarımızı oxşayardı. Yenidən yorğanı başımıza çəkib, mışıl-mışıl yatmaq, gözümüzün acısını almaq istəsək də, örüşə gedən heyvanların mələrtisi bizi yuxulamağa imkan verməzdi.