E-KİTABLAR


Elektrik Sistemlərində Keçid Prosesləri: Dərslik

Müəllif Yusifbəyli N.A.
Nəşr olunduğu il 2019
Elm sahəsi Riyaziyyat və mexanika
Nəşriyyat ADNSU; "Maarif” nəşriyyatı
Nəşr yeri Bakı

Yusifbəyli N.A. . Elektrik Sistemlərində Keçid Prosesləri: Dərslik. Bakı, ADNSU; "Maarif” nəşriyyatı, 2019.

Dərslikdə elektrik sistemlərində elektromaqnit və elektromexaniki keçid proseslərinin əsas müddəalarına baxılmışdır. Keçid prosesləri ilə əlaqəli fiziki hadisələr təqdim olunur. Elektrik sistemlərində qısaqapanma cərəyanlarının və keçid proseslərinin analizi metodları verililir və praktik nümunələr təqdim olunur. Kitab Dövlət tərəfindən ali təhsil sisteminə qoyulan standartlara uyğun hazırlanmışdır və "Elektroenergetika", "Elektrik sistemləri və şəbəkələri", "Elektrik təchizatı", "Elektroenergetika sistemlərinin rele mühafizəsi və avtomatlaşdırılması" istiqamətlərində təhsil alan bakalavr, magistr və həmçinin ali təhsilli mütəxəssislər və doktorantlar üçün nəzərdə tutulmuşdur. Dərslik elektroenergetika sistemində çalışan əməkdaşlar üçün də faydalı ola bilər.