Bəxtiyrnamə
Müəllif | Fədai |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Fədai. Bəxtiyrnamə. Bakı, Şərq-Qərb, 2004.
Azərbaycan ədəbiyyatı tarixində "Bəxtiyarnamə" poeması ilə tanınan istedadlı şair Fədai ənənəvi mövzulu bu əsəri yaradarkən qədim dastana yeni münasibət bəsləmiş, onu öz zövqünə, ruhuna uyğun şəkildə işləmiş, əsas ana xətti saxlasa da, süjet üzərində yaradıcılıq işi aparmışdır. Şair müasirlik duyğusu qüvvətli olan əsərində qədim Şərq əfsanəsini orta əsr insanını düşündürən mənəvi azadlıq problemi ilə, onun nəcib, saf arzuları, müasir həyatı ilə vəhdətdə almışdır.
"Bəxtiyarnamə" formaca "Dəhnamə", "Tutinamə" və "Sindbadnamə" dastanlarına oxşayır. Əvhədi və Xətayinin "Dəhnamə"si kimi Fədai poema- sının da kompozisiyasını onluq şərtləndirir.
Aydın və şairanə dilli əsər özünün dərin humanizmi, mütərəqqi ideya məzmunu, bədii ləyaqətinə görə seçilir.