Seçilmiş əsərləri. Beş cilddə, I cild
Müəllif | Bəkir Çobanzadə |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "Şərq-Qərb" |
Nəşr yeri | Bakı |
Bəkir Çobanzadə. Seçilmiş əsərləri. Beş cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2007.
Müasir türk dünyasının ən böyük türkoloq-alimi adını daşımağa layiq olan professor Bəkir Çobanzadə qısa həyat yaşamış, ancaq özündən sonra zəngin elmi və bədii irs qoyub getmişdir. Stalin repressiyasının qurbanı olmuş alimin vəfatından sonra onun həyat və yaradıcılığı haqqında çoxsaylı əsərlər yazılmasına baxmayaraq, elmi işlərinin böyük əksəriyyəti yalnız öz dövründə - keçən əsrin 20-30-cu illərində ərəb və ovaxtki latın qrafikası ilə nəşr olunmuş, sonralar, demək olar ki, əsərlərinin heç biri yenidən işıq üzü görməmişdir. Bəkir Çobanzadənin "Seçilmiş əsərləri"nin 1 cildinə 1920-ci illərdə Bakıda ərəb qrafikası ilə nəşr edilmiş "Turk-tatar lisaniyyatına mədxəl" və "Türk-tatar dialektolojisi", eləcə də arxivdə makina latın çapı və əski əlyazması halında qalmaqda olan "Xətainin dili və bədii yaradıcılığı haqqında" əsərləri daxil edilmişdir.