E-KİTABLAR


Audit dərslik

Müəllif Abbasov İbad Musa oğlu
Nəşr olunduğu il 2007
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Bakı Biznes Universiteti
Nəşr yeri Bakı

Abbasov İbad Musa oğlu. Audit dərslik. Bakı, Bakı Biznes Universiteti, 2007.

Audit xidmət fəaliyyəti olsa da, müstəqil yoxlama-ekspertiza funksiyasını icra et- məklə dövlətlə sahibkar arasında və sahibkarla menecer arasında qarant rolunu oynayır. Bazar iqtisadiyyatı münasibətlərinə keçid material, əmək və maliyyə resusrlarının səfər- bər edilməsi və onlardan səmərəli istifadə olunmasını ön plana çəkir. Bu məsələlərin həllində digər idarəetmə elementləri ilə yanaşı audit xidməti və nəzarətinin rolu böyük- dür. Auditin bir iqtisadi kateqoriya kimi formalaşmasında elmi-nəzəri və praktiki aspekt- lərin işlənib hazırlanması, tədris edilməsi vacibdir. Bu baxımdan dərslik mühüm əhəmiy- yət kəsb edir. Dərslikdə auditin nəzəri, təşkilati-praktiki, metodoloji prinsipləri şərh edilməklə yanaşı, ilk dəfə olaraq auditdə maliyyə təhlilinin metodikası və sahələr auditinin təşkili nin spesifik xüsusiyyətləri verilmişdir. Dərslik iqtisadyönümlü ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, aspirantlar müəllimlər, mühasiblər, iqtisadçılar, auditorlar və maliyyə, vergi sistemində işləyənlə üçün nəzərdə tutulmuşdur.