Tar və fortepiano üçün köçürmə. Dərs vəsaiti
Müəllif | Quliyev Malik Bayram oğlu, Məmmədov Məhərrəm Hüseyn oğlu, Qulamova Jalə Elman qızı |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | “Ecoprint” |
Nəşr yeri | Bakı |
Quliyev Malik Bayram oğlu, Məmmədov Məhərrəm Hüseyn oğlu, Qulamova Jalə Elman qızı . Tar və fortepiano üçün köçürmə. Dərs vəsaiti. Bakı, “Ecoprint”, 2019.
Azərbaycan instrumental konsert musiqisinin bəstəkar yaradıcılığı ilə əlaqədar keçdiyi təkamül prosesləri, instrumental musiqidə janr və üslub xüsusiyyətləri, tarixi inkişaf mərhələləri və bu mərhələlərin spesifikası az öyrənilmişdir. Təqdim olunan dərs vəsaitində görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Violin və simfonik orkestr üçün konsert”inin tar və fortepiano üçün köçürməsi təqdim olunmuş, əsərin məqam-intonasiya, janr və üslub cəhətdən təhlili də verilmişdir. Üç hissədən ibarət olan əsərin köçürməsinin özündə tara məxsus olan texniki və bədii ifa xüsusiyyətləri – instrumental musiqiyə xas olan rəngərəng passajları, incəlikləri və s. məziyyətləri yüksək peşəkarlıqla ehtiva etmişdir.