Qulliverin səyahəti
Müəllif | Conatan Svift |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "Öndər nəşriyyat" |
Nəşr yeri | Bakı |
Conatan Svift. Qulliverin səyahəti. Bakı, "Öndər nəşriyyat", 2004.
XVIII əsrin böyük ingilis yazıçısı Conatan Svift özünün məşhur "Qulliverin səyahəti" (1726) satirik-fantastik romanıyla bütün dünyada şöhrət qazanmışdır. Bu qəzəbli və coşqun əsərində müəllif realist parodiya və qrotesk üsulundan məharətlə istifadə edərək o zamankı İngiltərə cəmiyyətinin sosial-siyasi mənzərəsini yaratmış, mütləqiyyəti, saray çəkişmələrini, feodal özbaşınalığını, dağıdıcı müharibələri qətiyyətlə pisləmişdir. Gülüş, məzəli və ağıllı gülüş Sviftin başlıca mübarizə silahıdır. Satirik fəlsəfi bir romanson dərəcə dərin mənalı və ciddi bir roman olan "Qulliverin səyahəti" bu gün də dünya ədəbiyyatının sevilərək oxunan, həm sevindirən, əyləndirən, həm də düşündürən əsərlərindəndir.