Seçilmiş əsərləri
Müəllif | Bakıxanov Abbasqulu ağa Qüdsi |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "AVRASİYA PRESS" |
Nəşr yeri | Bakı |
Bakıxanov Abbasqulu ağa Qüdsi. Seçilmiş əsərləri. Bakı, "AVRASİYA PRESS", 2005.
Yeni maarifçiliyin ideya sələfi rolunda ağlın ehtiraslı tərənnümçüsü, çağdaş Avropa mədəniyyətinin Şərqdə ilk carçısı Abbasqulu ağa Bakıxanov Qüdsinin elmi, ədəbi, fəlsəfi xidmətləri tarixi əhəmiyyət kəsb edir. A.Bakıxanov orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir. O, özünün zirvə məqamına M.F.Axundzadə ilə çatan yeni ictimai fikrin də ilk baniləri və klassik xadimləri sırasındadır. Azərbaycan xalqının böyük mütəfəkkir alim və şairinin zəngin elmi- ədəbi irsindən seçmələrdən ibarət olan bu kitaba müəllifin "Təhzibi-əxlaq", "Nəsihətlər", "Kəşfül-Qəraib" əsərləri ilə yanaşı "Kitabi-Əsgəriyyə" povesti, "Mişkatül-ənvar" poeması, lirik şeirləri və mənzum hekayətləri daxil edilmişdir.