E-KİTABLAR


Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət (Tətəbbö)

Müəllif Z.Ə.Hacıyev, N.A.Əliyarlı
Nəşr olunduğu il 2021
Elm sahəsi Elm və təhsil
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Z.Ə.Hacıyev, N.A.Əliyarlı. Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət (Tətəbbö). Bakı, Elm, 2021.

AMEA Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən Elmi İrs Mərkəzi Elmi Arxivin varisi kimi AMEA Rəyasət Heyətinin 1 sentyabr 2003-cü il 19/2 saylı Qərarına əsasən yaradılmışdır. Müəyyən vaxtlarda mərkəz kimi fəaliyyət göstərib, 21 fevral 2020-ci il AMEA RH-nin 60 nömrəli sərəncamına əsasən Elmi irs şöbəsi adlandırılıb. Elmi irs şöbəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri fondlarda mühafizə edilən sənədlər əsasında müxtəlif məcmuələrin, monoqrafiyaların, məqalələrin, bülletenlərin icmalların hazırlanması və çap edilməsidir. Təqdim edilən kitab şöbənin mühafizəsində olan 1 №-li fondun (“Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyəti”n) nadir, unikal materialları əsasında hazırlanıb (Azərbaycan və rus dillərində) çapa təqdim edilir.