E-KİTABLAR


Azərbaycan dialektologiyası

Müəllif İbrahim Məhəmməd oğlu Bayramov
Nəşr olunduğu il 2022
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat İksad
Nəşr yeri Ankara

İbrahim Məhəmməd oğlu Bayramov. Azərbaycan dialektologiyası. Ankara, İksad, 2022.

Kitabda Azərbaycan dili şivələrinin tədqiqi tarixindən, təsnifi prinsiplərindən, Azərbaycan dili şivələrinin fonetikası, morfologiyası, sintaksisi və leksikologiyasından bəhs edilir. Dərbənd, Təbriz şivələri, Qərbi Azərbaycanın və Gürcüstanın Azərbaycan dili şivələrinə aid nümunələr kitabda əksini tapmışdır. İlk dəfə olaraq Zəngəzur şivələrindən ayrıca bəhs olunur. Kitabdan filologiya, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan bakalavrlar, eyni zamanda Azərbaycan dili ixtisası üzrə təhsil alan magistrantlar, dialektologiya ilə bağlı tədqiqat aparan doktorant, dissertantlar və gənc tədqiqatçılar istifadə edə bilər.