E-KİTABLAR


Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild

Müəllif Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə
Nəşr olunduğu il 2006
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı, Şərq-Qərb, 2006.

"Azərbaycan dilinin izahlı lüğəti" keçən əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Aka- demiyasının müxbir üzvü, f.e.d., professor Əliheydər Orucov tərtib etmişdi. Lüğətin redaktoru Əkrəm Cəfər idi. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Aka- demiyasının akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxil idilər. Lüğətin ikinci cildinin nəşri üçün 14 il vaxt lazım oldu. Bu cildin tərtibi ilə f.e.n. Bəhruz Abdullayev, f.e.d., professor Əliheydər Orucov, f.e.n. Nərgiz Rəhim- zadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə məşğul olmuş- dular. Redaktoru Əliheydər Orucov idi. Üçüncü cildin nəşri çox çəkmədi. 3 il sonra oxucular izahlı lüğətin üçüncü cildini də əldə etdilər. Kitabın redaktoru yenə Əliheydər Orucov idi. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi.