E-KİTABLAR


İQTİSADİ NƏZƏRİYYƏ

Müəllif ELSEVƏR KƏRİMOV BƏŞİR OSMANOV
Nəşr olunduğu il 2010
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Vətən
Nəşr yeri Bakı

ELSEVƏR KƏRİMOV BƏŞİR OSMANOV. İQTİSADİ NƏZƏRİYYƏ. Bakı, Vətən, 2010.

2004-cü ildə Azərbaycan Kooperasiya Universitetində nəşr edilmiş "İqtisadi nəzəriyə" dərsliyi tələbələrin iqtisadi təfəkkürünün formalaşmasında müsbət rol oynamışdır və hazırda bu dərsliyi əldə etmək çətindir. Bu səbədən də tələbələrin istifadə edə biləcəyi və müasir tələblərə uyğun yeni dərsliyin yazılmasına ehtiyac yaranmışdır. Bununla yanaşı, haqqında danışılan dərsliyin çapından keçən dövr ərzində ali təhsilin yeni standarta uyğunlaşdırılmasına ciddi ehtiyacı yaranır. Bu dərsliyin xüsusi məziyyəti ondan ibarətdir ki, kitabın müəllifləri iqtisadi nəzəriyyəyə dair mövcud dərslikləri və dərs vəsaitlərini nəzərdən kecirərək daha konkret, oxunaqlı. məzmunlu belə bir kitab yazımışlar. İqtisadi nəzəriyyə dərsliyinin müəllifləri müddət siyasi iqtisadi və sonradan iqtisadi nəzəriyyəni tədris etdiklərindən, müasir tələblərə və standartlara cavab verən samballı bir dərslik yaratmağa müvəffəq olmuşlar. İnanırıq ki, "İqtisadi nəzəriyyə" dərsliyi az müddətdə ələbələr tərəfindən bəyəniləcək və onların sevimli dərs əsaitinə çevriləcəkdir. Şübhəsiz, yazılmış bu kitab müəyyən iddiyyətli məqamlardan və nöqsanlardan da azad deyildir. Sütün bunlar isə heç də kitabın elmi dəyərini aşağı salmır və nun gələcəkdə daha mükəmməl bir dərslik kimi azırlanacağına şərait varadır.