E-KİTABLAR


AZƏRBAYCAN MİLLİ MƏTBƏXİNİN ƏZİZ VƏ LƏZİZ ŞƏKİ XÖRƏKLƏRİ

Müəllif Cabir Xəlifəzadə (Hacı Cabir)
Nəşr olunduğu il 2011
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Zərdabi LTD
Nəşr yeri

Cabir Xəlifəzadə (Hacı Cabir). AZƏRBAYCAN MİLLİ MƏTBƏXİNİN ƏZİZ VƏ LƏZİZ ŞƏKİ XÖRƏKLƏRİ. , Zərdabi LTD, 2011.

İlk dəfə bədii şəkildə xörəklərin rəngli təsvirlərilə nəşr olunan hu kitab Şəki mətbəxi, süfrə mədəniyyəti, qonaqpərvərliyi ilə bərabər Şəki mətbəxinin məşhur özünəməxsus xörəklərinin şeirlə maraqlı söhbətləri, Şəkinin füsunkar təbiəti, landşaftı, flora və faunası xörək bişirmək iiçüıı lazım olan ərzaqların, meyvə tərəvəzlərin, ədviyyələrin sayəsində ləziz xörəklərin poeziya dili ilə bir növ sintez yaradaraq xalqımızın dad yaddaşını, damaq zövqünü yada salmaqla müəllifin oxucularla yenigörüşüdür. Kitabda Şəkinin kulinariya, aşçılıq, şirniyyatçılıq sənəti və süfrə mədəniyyəti, qida məhsulları haqqında dəyərli və faydalı məsləhətlər, Şəkiyə aid şeirlər, atalar sözləri özünə yer alıb. Həmçinin burada xörəklərin hazırlanma texnologiyası, mətbəx sənəti, halal süfrə haqqında anlayış, cəmiyyətimizin, ailəmizin sağlam və rasional qidalanmasına, insanların uzun ömürlülü yünə təsir edən xüsusi bilgilər də göstərilmişdir. Kitabda həmçinin soyuq qəlyanaltı, şorbalar, quru xörəklər, kabablar və plovlar, şirin xörəklərin və şərbətlərin reseptləri və ədviyyələr haqqında da qısa məlumat verilib. Düşünürəm ki, bu gözəl kitab, həm də həyatımızın gözəlliyinə zəmin yaradacaq, daim maraq dairəsində olacaq.