AZƏRBAYCAN KULTUROLOJİ FİKİR TARİXİNDƏN (XX əsrin əvvəlləri)
Müəllif | Mübariz Süleymanlı |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Qrifli |
Nəşr yeri | Bakı |
Mübariz Süleymanlı. AZƏRBAYCAN KULTUROLOJİ FİKİR TARİXİNDƏN (XX əsrin əvvəlləri). Bakı, Qrifli, 2011.
Kitabda XIX əsrin II yarısından etibarən Azərbaycan cəmiyyətində müşahidə edilən yeniləşmə prosesinin tarixi-kulturoloji təhlili verilir. XX əsrin əvvəllərindəki milli-mədəni intibahın kulturoloji qaynaqları araşdırılır. Milli-ictimai şüurun formalaşmasını şərtləndirən tarixi-mədəni mühit öyrənilir. Milli həmrəylik ideyasını aktuallaşdıran kulturoloji fəaliyyətlərdən və milli özünüdərketmə prosesində dil və kültür birliyinin əhəmiyyətindən bəhs edilir. Mədəniyyət quruculuğu məsələləri milli istiqlal kontekstində dəyərləndirilir.