AZƏRBAYCAN MİLYONÇULARI: AĞA MUSA NAĞIYEV
Müəllif | MANAF SÜLEYMANOV |
---|---|
Nəşr olunduğu il | 1994 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | GƏNCLİK |
Nəşr yeri | Bakı |
MANAF SÜLEYMANOV. AZƏRBAYCAN MİLYONÇULARI: AĞA MUSA NAĞIYEV. Bakı, GƏNCLİK , 1994.
Bu kitabda əfsanəvi milyonçu Musa Nağıyevdən danışacağıq. Musa Nağıyev özü adi bir saman satanın oğlu idi. 1848-ci ildə anadan olmuşdu. Sonralar varlanan Ağa Musa var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən heç də geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti on milyonlarla qızıl pula çatmışdı. Milyonçu Ağa Musa «əfsanəvi» bir şəxsiyyətə dönmüşdü. «Cəmiyyəti-xeyriyyə» üçün şəhərin mərkəzində əzəmətli «İsmailiyyə>>> binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realni məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko, indiki Ağa Musa Nağıyev xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq camaat tərəfindən xəsis adıyla damğalanmışdı.