E-KİTABLAR


Azərbaycanın aqrar-sənaye kompleksi: formalaşması və davamlı inkişaf problemləri

Müəllif Qafarov Nizami Cəlal oğlu
Nəşr olunduğu il 2024
Elm sahəsi Kənd təsərüffatı
Nəşriyyat Kooperasiya nəşriyyatı
Nəşr yeri Bakı

Qafarov Nizami Cəlal oğlu. Azərbaycanın aqrar-sənaye kompleksi: formalaşması və davamlı inkişaf problemləri. Bakı, Kooperasiya nəşriyyatı, 2024.

Dərs vəsaitində Azərbaycan Respublikasında aqrar iqtisadiyyatın nəzəri və metodoloji əsasları işıqlandırılır, bazar münasibətləri şəraitində aqrar-sənaye istehsalının inkişaf vəziyyəti, habelə aqrar sahədə idarəetmə formalarının təkmilləşdirilməsi yolları göstərilir. Kitabda, həmçinin ölkədə aparılan müasir aqrar siyasətin elmi-metodoloji və makroiqtisadi əsasları, aqrar-sənaye kompleksinin resurs potensialı və onun funksional-komponent strukturu araşdırılır, sahəvi aqrar-sənaye yarımkompleksləri və onların fəaliyyətinin səmərəliliyi dəyərləndirilir, kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi istiqamətləri müəyyənləşdirilir. Müəllif tərəfindən kənd təsərrüfatı sahəsində dövlətin mövcud bazar siyasətinin və bazar münasibətlərinin inkişaf meyillərinin, eləcə də aqrar sahədə mülkiyyət münasibətlərinin və idarəetmə formalarının təkmilləşdirilməsi, davamlı inkişaf şəraitində ekoloji kənd təsərrüfatının təşkilati-hüquqi təminatının yaxşılaşdırılması yollarının, rəqəmsal iqtisadiyyata keçid dövründə kənd təsərrüfatının modernləşdirilməsi strategiyasının işlənib hazırlanmasının araşdırılması da diqqətçəkən məqamlardandır. Əsər iqtisad yönümlü universitetlərinin tələbələri və müəllimləri, həmçinin aqrar-sənaye istehsalı mütəxəssisləri üçün nəzərdə tutulub.