E-KİTABLAR


ABDOMİNAL CƏRRAHİ PATOLOGİYALARA YANAŞMA QAYDALARI

Müəllif Bayramov N.Y., Zeynalov B.M., Ömərov T.İ., Şirinova X.N.
Nəşr olunduğu il 2020
Elm sahəsi Tibb
Nəşriyyat CBS-PP
Nəşr yeri Bakı

Bayramov N.Y., Zeynalov B.M., Ömərov T.İ., Şirinova X.N.. ABDOMİNAL CƏRRAHİ PATOLOGİYALARA YANAŞMA QAYDALARI. Bakı, CBS-PP, 2020.

Metodik tövsiyədə qarın boşluğu orqanlarının (qida borusu, mədə, onikibarmaq bağırsaq, nazik bağırsaq, yoğun bağırsaq, qaraciyər, öd yolları, mədəaltı vəzi, dalaq, periton, piylik və qarın divarı) cərrahi xəstəlikləri, travması, metabolik-bariatrik cərrahiyyə və cərrahi reanimasiya barədə məlumatlar verilmişdir. Müasir səriştəyönlü tədris proqramına və protokollara əsaslanaraq hazırlanan metodik tövsiyədə hər bir cərrahi xəstəlik barədə nəzəri biliklərlə yanaşı, diaqnostik yanaşmaya, diaqnostik meyarlara və müalicə yanaşmasına xüsusi yer verilmişdir. Klassik metodik tövsiyələrdən fərqli olaraq məlumatlar 3 formada təqdim edilmişdir: mətn, şözlü-özət və qrafik-özət (müayinə - müalicə sxemi). Metodik tövsiyədə 200- ə yaxın cərrahi xəstəlik barədə mətn, özət və 150-yə yaxın orijinal sxem yer almışdır. Cərrahlar üçün nəzərdə tutulan bu tövsiyədən müəllimlər, rezidentlər və digər ixtisaslar üzrə həkimlər də istifadə edə bilər. Metodik tövsiyə klassik çap variantı ilə yanaşı www.bck.az saytında PDF və onlayn variantlarda da təqdim edilir.