Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru: (Baş Göynük və Baş Layısqı kəndlərindən toplanmış tarixi, ədəbi-folklor materiallarının elmi şərhi. I kitab
Müəllif | KAMİL ADIŞİRİNOV |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm və təhsi |
Nəşr yeri | Bakı |
KAMİL ADIŞİRİNOV. Göynük mahalı: siyasi, coğrafi, mədəni tarixi və folkloru: (Baş Göynük və Baş Layısqı kəndlərindən toplanmış tarixi, ədəbi-folklor materiallarının elmi şərhi. I kitab. Bakı, Elm və təhsi, 2019.
Müəllifin uzun illər ərzində AMEA – nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin tədqiqat planına uyğun Şəkinin Göynük mahalının Baş Göynük və Baş Layısqı kəndlərindən toplamış olduğu tarixi və ədəbi-folklor materiallarının elmi şərhi verilmişdir. Adı çəkilən kəndlərin
toponimik, məhəlli quruluşu, əhalisinin soy, dil, ad və ləqəb xüsusiyyətləri, etnoqrafiyası - adət-ənənələri, məşğuliyyəti, folklor deyim və düşüncə tərzi, mənəvi-psixoloji aləmi haqqında geniş məlumat verən bu əsər Azərbaycanşünaslığın daha da inkişaf etdirilməsinə, xüsusən diyarşünaslığın öyrənilməsinə mühüm töhfə olacaqdır.