Ələsgər zirvəsi
Müəllif | Nəğməkar Yusif |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Zərdabi Nəşr MMC |
Nəşr yeri | Bakı |
Nəğməkar Yusif. Ələsgər zirvəsi. Bakı, Zərdabi Nəşr MMC, 2024.
Tanınmış şair Yusif Nəğməkarın "Ələsgər zirvəsi" (epik-lirik, dramatik poema) əsərində Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin həyat və yaradıcılığından poetik söhbət açılır. Yeni bir ədəbi formada, fərqli quruluşda yazılmış poemada Dədə Qorquddan sonra sənətində böyük mənada Dədəlik adını haqq edən Dədə Ələsgərin qeyri-adi istedadından, azmanlıq fitrətindən, fövqəladə bədahətindən bəhs edən bədii lövhələr əks olunur. Əsər müəllifin Ələsgərşünaslığa və Ələsgərsevərlərə yeni, maraqlı və sanballı poetik töhfəsidir.