"Azərbaycanın qurtuluş tarixi" (II cild, Xəyanət)
Müəllif | Abutalıb SƏMƏDOV |
---|---|
Nəşr olunduğu il | 2002 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Tural-Ə NPM |
Nəşr yeri | Bakı |
Abutalıb SƏMƏDOV. "Azərbaycanın qurtuluş tarixi" (II cild, Xəyanət). Bakı, Tural-Ə NPM, 2002.
"Azərbaycan qurtuluş tarixi"nin "Xəyanət adlanan III cildində 1993-cü ilin ikinci yarısında dövlətçiliyimizə qarşı törədilən xəyanətlər və onların qarşısını almaq üçün Böyük Xilaskar Heydər Əliyevin gördüyü işlər, atdığı müdrik, cəsarətli addımlar öz əksini tapmışdır. 1993-cü ilin iyununda AXC-Müsavat iqtidarının naşılığından və qorxaqlığından istifadə edən S.Hüseynov-R.Qazıyev-Ə.Hümbətov- A.Mütəllibov qruplaşmasının hakimiyyəti ələ keçirmək üçün törətdikləri təxribatlar "Talış-Muğan Respublikasının yaradılması, torpaqların ermənilərə təhvil verilməsi və s. Azərbaycanı son dərəcə fəlakəti vəziyyətə salmışdır. Kitabda dövlətimizi bu ağır durumdan xilas etmək üçün H.Əliyevin göstərdiyi fəaliyyət arxiv materiallarına və rəsmi sənədlərə istinad edilməklə oxuculara çatdırılır.