E-KİTABLAR


Azərbaycan iqtisadiyyatı - 2009

Müəllif
Nəşr olunduğu il 2010
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat İqtisadi Tədqiqatlar Mərkəzi
Nəşr yeri Bakı

. Azərbaycan iqtisadiyyatı - 2009. Bakı, İqtisadi Tədqiqatlar Mərkəzi, 2010.

İlk sayı dərc olunan “Azərbaycan iqtisadiyyatı - 2009” məlumat və analitik icmalında ötən il ölkə iqtisadiyyatında baş vermiş keyfiyyət və kəmiyyət dəyişiklikləri, inkişaf meylləri təhlil edilib. İcmal Azərbaycan və ingilis dillərində çap olunur. Rəsmi statistik məlumat və İTM-in alternativ hesablamaları nəşrin əsas mənbələrini təşkil edir. İcmal dörd bölmədən ibarətdir. Birinci bölmədə əsas makroiqtisadi göstəricilərin (ümumi daxili məhsul, investisiyalar, xarici ticarət), ikinci bölmədə isə ötən ilin dövlət büdcəsinin icrasi vəziyyətinin, Mərkəzi Bankın pul siyasətinin, habelə bank sektorunun, qiymətli kağızlar və sığorta bazarının, məzənnə siyasətinin təhlili verilib. Üçüncü bölmədə kənd təsərrüfatı və sənaye sektorunun inkişaf meylləri və problemlərinə ətraflı nəzər salınıb. Nəhayət, dördüncü bölmədə 2010-cu ilin dövlət büdcəsinin gəlir və xərclərinin və inflya siyanın proqnoz göstəricilərindən geniş bəhs olunub. İcmal geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Hökumət qurumları, biznes sektoru, elmi-tədqiqat institutları və mərkəzləri, beynəlxalq və ictimai təşkilatlar, həmçinin səfirliklər, universitetlərin müəllim heyəti, tələbələr və iqtisadiyyatla maraqlananlar icmaldan faydalana bilərlər. İcmal İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin dəstəyi ilə “Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin inkişafı” layihəsi çərçivəsində İTM tərəfindən hazırlanıb. İcmaldakı materiallara görə məsuliyyəti müəlliflər daşıyır. İcmal İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin və İsveçrə hökumətinin mövqeyini əks etdirmir.