E-KİTABLAR


1905-1906-cı İLLƏRDƏ ERMƏNİ - MÜSƏLMAN DAVASI

Müəllif Mir Möhsün NƏVVAB
Nəşr olunduğu il 1993
Elm sahəsi Tarix
Nəşriyyat Azərbaycan
Nəşr yeri Bakı

Mir Möhsün NƏVVAB. 1905-1906-cı İLLƏRDƏ ERMƏNİ - MÜSƏLMAN DAVASI. Bakı, Azərbaycan, 1993.

Artıq altıncı ildir ki, ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi, onu ortaya atmış erməni millətçiləri və onların havadarlarının niyyətlərini ifşa etmək baxımından Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın (1833-1918) indiyədək elm aləminə məlum olmayan «Təvarixirəzm və şurişi tayifeyi-əraməniyeyi — Qafqaz ba firqeyi müsəlmanan» («Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri») əsəri son dərəcə əhəmiyyətlidir.