Firmanın iqtisadiyyatı
Müəllif | Telman Əlihüseyn oğlu Hüseynov |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Telman Əlihüseyn oğlu Hüseynov. Firmanın iqtisadiyyatı. Bakı, Azərnəşr, 2009.
Dərslikdə sahibkarlığın və bazar iqtisadiyyatının əsas və ilkin subyekti, ölkənin sosial-iqtisadi inkişafında həlledici rolu olan firmanın iqtisadi məsələlərim şərh olunmuşdur. Bununla bağlı istehsal firmasının iqtisadiyyatına aid olanm anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqların vasitəsilə onunm fəaliyyəti öyrənilir və təhlil olunur. Firmanın təşkilatı formalarına (hüquqi,
iqtisadi) baxılır, kompleks şəkildə resurs təminatı, innovasiya və qiymət siyasəti,
istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, marketinq və investisiya fəaliyyəti, maliyyəsi və xarici iqtisadi əlaqələri şərh edilir.
Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan firma ilə makroiqtisadiyyatın analoq təşkil edən məsələlərinə - zərurət yarandığı hallarda - birgə baxılmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir.
Müəssisə və firmanın iqtisadiyyatı haqqında biliklərin tələbə tərəfindən
mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı-mütəxəssis kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır.
Dərslik iqtisad profilli ali məktəblərin bakalavriatura təhsil mərhələsinin
tələbələri üçün yazılmışdır. Ondan aspirantlar, müəllimlər və habelə istehsal
firmalarının və sənaye müəssisələrinin işçiləridə istifadə edə bilərlər