E-KİTABLAR


Azarbayсап iqtisadiyyatı

Müəllif Nüsrəddin Məmmədcəfər oğlu Məmmədov, Amil Məmmədəli oğlu Məhərrəmov, Sədaqət Elman qızı Əhmədova
Nəşr olunduğu il 2011
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Azərnəşr
Nəşr yeri Bakı

Nüsrəddin Məmmədcəfər oğlu Məmmədov, Amil Məmmədəli oğlu Məhərrəmov, Sədaqət Elman qızı Əhmədova. Azarbayсап iqtisadiyyatı. Bakı, Azərnəşr, 2011.

Azərbaycan dövləti 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra özünün sağlam milli iqtisadiyyatını yaratmağa başladı və onun müstəqil dövlət olması buna şərait yaratdı. Çünki hər bir müstəqil dövlə- tin müstəqil siyasəti və milli mənafeyə uyğun milli iqtisadiyyatı yaradıl- malıdır. Milli iqtisadiyyat milli dövlətin mövcudluğunun bazisi, iqtisadi əsasıdır, digər siyasi təsisatlar bunun üzərində yüksəlir və onların uğur- ları iqtisadi bazisin inkişaf səviyyəsindən asılıdır və bunlar bir-birini şərtləndirən amillərdir. Lakin sağlam milli iqtisadiyyatın formalaşması və inkişafı çox mürəkkəb, çətin və uzun müddətli prosesedir. Belə bir iqtisadiyyatı yalnız iqtisadi biliklərə yiyələnmiş və iqtisadi təfəkkürü formalaşmış millət yarada bilər. Bir iqtisadi sistemdən daha mütərəqqi iqtisadi sistemə keçməyin ümumi iqtisadi qanunauyğunluqlarını bilmə- dən, bazar iqtisadi sisteminə keçməyin zərurliyini dərk etmədən sağlam milli iqtisadiyyatın formalaşmasında əhali şüurlu surətdə iştirak etməz və keçid dövrünün çətinliklərinə dözümsüzlük göstərə bilər. «Azər- baycan iqtisadiyyatı dərs vəsaiti bu problemlərin mahiyyətini açmaq, əhalini iqtisadi biliklərlə silahlandırmaq məqsədilə çap olunmuşdur. Dərs vəsaiti iqtisadi yönümlü ali məktəb və fakültələrdə oxuyan tələbələr üçün yazılmışdır. Bu kitabdan magistrlər, digər ali və orta ixti- sas məktəb tələbələri və Azərbaycanın milli iqtisadiyyatının vəziyyəti ilə maraqlanan oxucular da istifadə edə bilərlər.