KAMİL İNSAN
Müəllif | USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ |
---|---|
Nəşr olunduğu il | 2001 |
Elm sahəsi | Fəlsəfə |
Nəşriyyat | Mədyən |
Nəşr yeri | Bakı |
USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ. KAMİL İNSAN. Bakı, Mədyən, 2001.
İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Qur᾽an və sünnədə «kamil insan» deyil, «kamil müsəlman» ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Qur᾽anın, sonra isə sünnənin kamil insanı necə vəsf etdiyini araşdırmalıyıq. Hər halda «kamil müsəlman» islamda kamala çatmış, «kamil mö᾽min» isə iman sayəsində təkamülə çatmış insan deməkdir. Biz Qur᾽an və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Qur᾽an və sünnədə kifayət qədər mə᾽lumatlar vardır