E-KİTABLAR


Azərbaycan dövlət qulluğunda kadrların idarəolunması ixtisasının yaradılması: I cild

Müəllif
Nəşr olunduğu il 2004
Elm sahəsi Hüquq
Nəşriyyat Azərbaycan
Nəşr yeri Bakı

. Azərbaycan dövlət qulluğunda kadrların idarəolunması ixtisasının yaradılması: I cild. Bakı, Azərbaycan, 2004.

Ümumdövlət siyasətinin əsasında formalaşan, çoxsaylı subyektə, mürəkkəb struktura malik olan kadr siyasəti ictimai münasibətlərin əsas tərəflərini əks etdirir, obyektiv xarakterə malik olur və hər bir sivil cəmiyyətin, təşkilatın inkişafında mühüm rol oynayır. Çağdaş dövrdə dövlət idarəçiliyi ilə dövlət qulluğunun, dövlətin sosial-iqtisadi inkişaf problemlərinin həllini səmərəli təmin edə biləcək yeni nəsil peşəkar, səriştəli dövlət qulluğu bazasının formalaşdırılması və təkmilləşdirilməsi məsələsi həm nəzəri olaraq, həm də təcrübi baxımdan həlli zəruri olan bəzi aktual problemlərlə müşahidə olunur.