Azərbaycanın tarixi-siyasi coğrafiyası
Müəllif | Piriyev Vaqif Ziyəddin oğlu |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Müəllimə |
Nəşr yeri | Bakı |
Piriyev Vaqif Ziyəddin oğlu. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, Müəllimə , 2006.
Dərs vəsaitində Azərbaycan tarixşünaslığında son vaxtlara kimi unudulmuş bir sahənin Azərbaycanın ən qədim dövrlərdən zəmanəmizə qədərki tarixi-siyasi coğrafiyası və onun tədrisi məsələlərindən bəhs olunur. Zəngin tarixi dəlillər əsasında yazılmış vəsaitdə Azərbaycanın müxtəlif dövrlərdəki əraziləri, sərhədləri, hüdudları, inzibati bölgüsü şərh olunur, torpaqlarımızın itirilmə dinamikası izlənilir, torpaqlarımıza qarşı yad iddialara münasibət bəslənilir. Dərs vəsaiti tarixçilər ali məktəb müəllimləri, tələbələri, eləcə də Azərbaycanın tarixi əraziləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.