Orxon-Yenisey abidələrinin linqvokulturoloji tədqiqi
Müəllif | Camali Dilbər Vətən qızı |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Camali Dilbər Vətən qızı. Orxon-Yenisey abidələrinin linqvokulturoloji tədqiqi. Bakı, Elm və təhsil, 2023.
Bu kitab Orxun-Yenısey abidələrinin dilinin linqvokulturoloji aspektdən tədqiqinə həsr olunmuşdur.Vl-lX əsrlərdə yazılmış Orxon-Yenisey abidələri qədim türklərin daşlaşmış tarixi, türk mədəniyyətinin və natiqlik sənətinin gözəl nümunəsi, tarixi-bioqrafik, epitafik (qəbirüstü) lirikası və xitabət nümunələridir.Türkoloji ədəbiyyatda bəzən “məzar poeziyası" və "siyasi vəsiyyət" adlandırılan Orxon-Yenisey abidələri qədim türkcənin dil xüsusiyyətlərim özündə əks etdirən türkdilli ədəbiyyatın zəmanəmizə gəlib çatmış dəyərli əsərləridir. Bu kitabda qədim türk mifologiyası, inanc sistemi, ailə-qohumluq münasibətləri, doğum və ölüm,həyat və zaman kimi anlayışlar linqvokulturologiyamn konseptləri əsasında təhlil edilmiş, onomastik leksikası isə araşdırılmış, maraqlı elmi nəticələrə gəlinmişdir.