BAKI VƏ BAKILILAR
Müəllif | Qılman İlkin |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | NURLAR |
Nəşr yeri | Bakı |
Qılman İlkin. BAKI VƏ BAKILILAR. Bakı, NURLAR, 2006.
Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, kəşməkəşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necəqorumuşlar, qədim abidələrini necə hifz edib saxlamışlar. Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı və qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu nəşrdə köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.