ÖZÜMÜZÜ VƏ DÜNYANI DƏRKETMƏ YOLUNDA. Elmi məqalələr toplusu
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. ÖZÜMÜZÜ VƏ DÜNYANI DƏRKETMƏ YOLUNDA. Elmi məqalələr toplusu. Bakı, , 2012.
Elmi biliklər və texnologiyalar üzrə ümumdünya etika komissiyası YUNESKO- nun sərbəst və məsləhətçi bir orqanıdır. Bu komissiya 1998-ci ildə yaradılıb. Komissiyanın tərkibinə dünyanın müxtəlif regionlarından olmaqla 18 nəfər geniş profilli mütəxəssis daxildir. Onun məqsədi durmadan inkişaf edən elmin və texnologiyaların etik problemlərini həll etmək, bu sahədə yaranan ziddiyyətləri analiz edərək onların həlli yollarım tapmaqdır. Bu komissiya insan hüquqları və azadlıqlarıma hörmət ruhunda hərəkət edərək, özünəməxsus məsuliyyətlə dünya cəmiyyəti üçün etik prinsipləri və normaları hazırlayır, bu və ya digər səviyyələrdə təklif və rəylər formalaşdırir. Komissiya yarandığı vaxtdan keçirdiyi çoxsaylı müşavirələrdə elmin və texnologiyaların planetimizdə sivilizasiyanın davamlı inkişafını təmin edən məsələlərin etik aspektlərini müzakirə edərək bir sıra təkliflər hazırlamışdır.