Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)
Müəllif | Firudin İbrahimi |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Firudin İbrahimi. Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946). Bakı, Elm və təhsil, 2018.
F.İbrahiminin oxuculara təqdim olunan bu kitabı Azərbaycanın diplomatiya tarixini, milli ideologiyamız olan azərbaycançılığın formalaşması və inkişafını izləmək və öyrənmək baxımından çox faydalıdır. Belə ki, Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət, sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan
atanlar, iftira söyləyənlər, siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görənlər bu gün də öz çirkin, məntiqsiz, insanlığa sığmayan
işlərindən əl çəkməmişlər. “Sülh uğrunda” başlıqlı kitabın tərtibçisi F.İbrahiminin yazı üslubuna toxunmadan onun oxuculara təqdim olunan qeydlərinin müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmasına və səslənməsinə çalışmış, bir sıra ərəb-fars ifadələrinin azərbaycanca qarşılığını vermişdir.