Ləzgicə-azərbaycanca lüğət
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Azərbaycan nəşriyyatı |
Nəşr yeri | Bakı |
. Ləzgicə-azərbaycanca lüğət. Bakı, Azərbaycan nəşriyyatı, 2015.
Lüğət tərtib edilərkən 1950-ci ildən indiyədək nəşr olunmuş rusca-ləzgicə, rusca-azərbaycanca, həmçinin ləzgicə-rusca və azərbaycanca-rusca lüğətlərdən, bu dillərdə çapdan çıxm ış orfoqrafiya lüğətlərindən v ə izahlı lüğətlərdən geniş istifadə olunmuşdur. Bu lüğət digər lüğətlərdən bir neçə cəhətdən fərqlənir. Birincisi, ona Sovet dövründə heç bir ehtiyac olmadan başqa dillərdən ləzgi dilinə gətirilm iş bir çox sözlər salınmamışdır. Çünki ləzdi dilində bu sözlərin hamısının qarşılığı vardır. Eyni zamanda müasir ədəbi dildə işlənən, amma dilin təmizliyinə xələl yetirən, onun qanunarı ilə uzlaşmayan, onu korlayan xeyli sözlər də lüğətə düşməyib.
İkinci cəhət qədim sözlərlə bağlıdır. Ötən əsrlərdə ləzgi dilində işıq üzü görmüş kitablardakı yüzlərlə qədim sözlər lüğətdə əksini tapıb. Bunlar dilin geniş imkanlara malik olduğunu sübuta yetirən, onun təm izliyini qoruyub saxlam ağa imkan verən sözlərdir. Eyni zamanda son yüzillikdə meydana gəlm iş təzə sözlərə də geniş yer verilib. Daha bir cəhət. Lüğətdə çox işlənən dialekt sözləri də öz əksini tapıb. Bu zaman ləzgi dilinin dialektləri arasında leksika baxımından bir o qədər də böyük fərq olm adığı, əksər sözlərin bütün dialektlərdə eyni cür işləndiyi, bu sözlərin ədəbi dili inkişaf etdirməkdə əhəmiyyətli rol oynadığı əsas götürülmüşdür. Təqdim olunan lüğət əsasən tərcümə lüğətidir. Lakin eyni zamanda izahlı lüğət ünsürləri saxlanmışdır. Bu, başlıca olaraq siyasi, elmi, fəlsəfi, tarixi və s. terminlərə aiddir. Bu nəşr həm ləzgi, həm də Azərbaycan dilini öyrənənlərə töhfədir.