Seçilmiş əsərləri
Müəllif | Orxan Pamuk |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Orxan Pamuk. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2009.
Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun "Mənim adım Qırmızı" romanında 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqqaşlıq sənəti haqqında bənzərsiz hekayətdir. Kitaba yazıçının hekayəsi və sənədli nəsrindən parçalar da daxil edilmişdir.