Qopuz mәnşәli saz alәtlәri
Müəllif | Polat Ali, Allahmanlı Mahmud Qara oğlu, Qəsəbova İlhamə |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Zərdabi Nəşr MMC |
Nəşr yeri | Bakı |
Polat Ali, Allahmanlı Mahmud Qara oğlu, Qəsəbova İlhamə. Qopuz mәnşәli saz alәtlәri. Bakı, Zərdabi Nəşr MMC, 2024.
Monoqrafiya türk xalqlarının zәngin mәdәniyyәt tarixini qopuz, tәmbur, çoğur, saz vә s. timsalında izlәmәk vә hәm dә aydınlaşdırmaq mәqsәdi daşıyır. Ucu-bucağı görünmәyәn bir sәnәt әnәnәsinә bağlanan bu әsrarәngizlik toplumun etnoqrafik mükәmmәlliyinin göstәricisidir. Gәlinәn tarixi mәnzәrәnin, yaşam tәrzinin, mәnәvi zәnginliyinin әks-sadası olaraq bәşәr sivilizasiyasına hәm dә әvәzsiz töhvә vermә istәyi vә amalı ilә sәciyyәlәnir. Bütün bunlar şәriksiz mәdәniyyәt olan ozan-aşıq sәnәtinin ilkin çağlardan günümüzә qәdәrki mәnzәrәsini tәfәrrüatlı şәkildә tәkrarәn geniş ictimaiyyәtә tәqdim etmәk istәyindәn meydana gәlmişdir. Aparılan tipoloji
tәhlillәr bunları әks etdirmәk amalına bağlanır. Kitab Azәrbaycan, Türk, İngilis vә Fars dillәrinә tәrcümә olunub vә çap edilib.