E-KİTABLAR


Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəb tələbələri üçün dərs vəsaiti)

Müəllif Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa İsgəndərzadə
Nəşr olunduğu il 2015
Elm sahəsi 9
Nəşriyyat "ULU"
Nəşr yeri Bakı

Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa İsgəndərzadə. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "ULU", 2015.

Bu dərs vəsaitində müasir nitq mədəniyyətinin ən aktual məsələləri nəzərdən keçirilir, mövcud dərsliklərə və digər mənbələrə əsaslanaraq nitq normalarının, natiqlik sənətinin mahiyyəti, xüsusiyyətləri açıqlanır, tədris prosesində ondan istifadə qaydaları, üsulları göstərilir. Vəsaitdən bu problemlərlə maraqlanan humanitar və qeyri-humanitar fakültələrin tələbələri, magistrləri, aspirantları və müəllimləri, eləcə də jurnalistlər və digər sahə mütəxəssisləri istifadə edə bilərlər. ―Azərbaycan dili və nitq mədəniyyəti‖ vəsaiti əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə müasir Azərbaycan dilinin bütün struktur elementləri əsasən nitq mədəniyyəti problemləri ilə əlaqələndirilmişdir.